Koentrao: "Zədəm ciddidir"
Dünən Almaniya ilə matçda zədələnən Fabio Koentrao son durumu haqda danışıb.

O, "AS" qəzetinə açıqlamasında zədəsinin çox ciddi olduğunu deyib:

"DÇ-2014"də bir daha oynamayacağımı düşünürəm. Çünki zədəmin çox ciddi olduğundan əminəm. Ümid edirəm ki, fikirlərimdə yanılaram. Futbolda belə üzücü hadisələr olur".

Koentraou qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Bizim üçün çətin bir gün geridə qaldı. Almaniyaya məğlub olsaq da, qrupdan çıxmaq şanslarımız hələ də var".

Qeyd edək ki, mundialın ilk matçında Almaniya ilə qarşılaşan Portuqaliya millisi darmadağın olub - 0:4.

Xəbər 808 dəfə oxundu.