“Qarabağ” komandası iki gənc futbolçusunu icarəyə verib
“Qarabağ” komandası iki gənc futbolçusunu icarəyə vermişdir.

Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin hazırlıqlarını davam etdirən komanda iki futbolçusunu AZAL-ın düşərgəsinə göndərmişdir. Müdafiəçi Eltun Yaqublu və yarımmüdafiəçi Təmkin Xəlilzadə daha çox oyun təcrübəsi qazanmaq üçün bir il AZAL-ın heyətində çıxış edəcəklər.

Xəbər 1066 dəfə oxundu.