Mahir Şükürov karyerasını Türkiyədə davam etdirəcək
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov özünə yeni klub tapıb.

O, bundan sonra Türkiyənin “Karşıyaka” komandasında çıxış edəcəkdir.
Artıq “Neftçi”nin sabiq arxa xətt oyunçusu yeni klubu ilə müqavilə də imzalamışdır.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yaymışdır. Məlumatda bildirilir ki, 31 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanmışdır.

Xəbər 961 dəfə oxundu.