Nigeriya millisinin baş məşqçisi: "Alınmadı"
Nigeriya yığmasının baş məşqçisi Stiven Keşi "DÇ-2014"də İranla oyundan (0:0) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis komandasının oyununun alınmadığını bildirib:

"Qol vurmaq üçün çox çalışdıq, ancaq alınmadı. Bununla belə, sakit olmalıyıq və işimizə davam etməliyik. Qarşıda bizi çox çətin və vacib oyunlar gözləyir".

Qeyd edək ki, Nigeriya yığması mundialda növbəti matçını iyunun 22-də Bosniya və Hersoqovinaya qarşı keçirəcək.

Xəbər 787 dəfə oxundu.