Ziko Braziliya - Argentina finalını istəyir
Braziliya futbolunun canlı əfsanəsi Ziko "DÇ-2014"ün finalında görmək istədiyi komandaların adlarını açıqlayıb.

Ziko mundialın həlledici görüşündə Braziliya və Argentina yığmalarının qarşılaşmasını istədiyini bildirib.

Ziko Argentina millisinin dünya çempionu olmaq şansının olduğunu vurğulayıb. İlk görüşdə Bosniya və Hersoqovina yığmasına 2:1 hesabı ilə qalib gələn Argentina millisinin növbəti oyunlarda necə təsir bağışlayacağı maraqla gözlənilir.

Qeyd edək ki, Argentina millisi mundialda növbəti oyununu iyunun 21-də İrana qarşı keçirəcək.

Xəbər 849 dəfə oxundu.