"İnter"in iki rəqibi bəlli oldu
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” bu gün təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşüb. Paxytaxt klubu burada 5 yoxlama görüşündə qüvvəsini sınayacaq.

"Bankirlər"in yoxlama görüşündə qüvvəsini sınayacağı iki rəqibinin adı artıq məlumdu. Bunlar Avstriyanın “Ştrum” və Macarıstanın “Haladas” komandalarıdı. Paytaxt təmsilçisinin yoxlama matçları iyunun 16, 19, 23, 25 və 27-si tarixlərində baş tutacaq. Qalan 3 rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 840 dəfə oxundu.