Dünya çempionunun şərəfinə turnir keçiriləcək
14-15 iyun 2014-cü il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçiriləcək. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyunun 14-də saat 16:00-da baş tutacaq.

Açılış mərasimindən sonra veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunacaq.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər 927 dəfə oxundu.