Gənclər və İdman Nazirliyində məruzə

Noyabrın 28-də Gənclər və İdman Nazirliyinin akt zalında “Dövlət qulluqçularının idarə olunmasının inkişaf problemləri” proqramı çərçivəsində məruzə dinlənilib. Bakı şəhəri üzrə gənclər və idman idarələrinin rəhbərləri, idman cəmiyyətləri və qurğularının rəhbərləri, Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları və gənclər təşkilatlarının fəalları dinləyici qismində iştirak ediblər.
Aktual məsələ ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, fəlsəfə doktoru Ramazan Şabanov dinləyicilər qarşısında “Dövlət qulluğunda beynəlxalq təcrübənin tətbiqi və Azərbaycan Respublikasında aparılan islahatlar” mövzusunda məruzə ilə çıxış edib.
Maraqla dinlənilmiş mühazirə ətrafındas geniş diskussiyalar aparılıb.
Növbəti mühazirələr dekabrın 5-7-də Zaqatala rayonunda və Sumqayıt şəhərində gənclər və idman idarələrində təşkil ediləcək.

Xəbər 1242 dəfə oxundu.