Visente del Boske: "Gələcəyə böyük ümidlərlə baxıram"
İspaniya millisinin baş məşqçisi Visente del Boske "DÇ-2014"də Hollandiya ilə oyun öncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis bu dəfə də dünya kubokunu qazanmaq istədiklərini deyib:

"Hollandiyanın heyətində dörd il ərzində böyük dəyişiklik olub. Amma bizim heyətimiz demək olar ki, "DÇ-2010"dakı kimidir. Braziliyada ötən il Konfederasiyalar Kubokunda oynamışdıq. Bu dəfə burada dünya kubokunu qazanmaq üçün çalışacağıq. Gələcəyə böyük ümidlərlə baxıram. İspaniyanın yenidən çempion olmasını istəyirəm".

Xəbər 818 dəfə oxundu.