"Barselona" Fabreqası tənqid etdi
"Barselona" Sesk Fabreqasla yolları ayırmasının səbəbini açıqlayıb.

Klubun rəsmi saytında yer alan xəbərdə deyilir ki, 27 yaşlı yarımmüdafiəçi uğursuz çıxış etdiyi üçün komandadan göndərilib:

"Fabreqas "Barselona"da ildən-ilə formadan düşürdü. Son mövsümün əvvəlində yaxşı oynamasına baxmayaraq, mövsümün ikinci yarısı uğursuz çıxışı ilə yadda qaldı”.

Qeyd edək ki, S.Fabreqas dünən "Çelsi" ilə beş illik müqavilə imzalayıb.

Xəbər 842 dəfə oxundu.