Noyer və Lam Portuqaliya ilə matçda oynayacaqmı?
Almaniya millisinin futbolçuları Manuel Noyer və Filipp Lam "DÇ-2014"də Portuqaliya ilə ilk matçda iştirak edəcəklər.

Bu barədə yığmanın baş məşqçisi Yoahim Löv keçirdiyi mətbuat konfransında deyib. O, hər iki futbolçunun zədəsinin tam sağaldığını bildirib.

Qeyd edək ki, Almaniya - Portuqaliya matçı iyunun 16-i baş tutacaq.

Xəbər 995 dəfə oxundu.