"Braziliyaya indidən dünya çempionluğu titulu verilə bilər"
Xorvatiya millisinin müdafiəçisi Vedran Çorluka "DÇ-2014"də Braziliya ilə baş tutan oyundan sonra maraqlı fikirlər səsləndirib.

"AP"a danışan təcrübəli futbolçu baş hakimin penalti qərarı ilə oyunun nəticəsinə təsir etdiyini bildirib:

"Hakim oyunu öldürdü. Onun niyə penalti zərbəsi təyin etməsini öyrənmək istədim. Lakin o mənimlə ingiliscə danışmadı. Əgər belədirsə, Braziliyaya indidən dünya çempionluğu titulu verilə bilər. Braziliyanın kiminlə oynamasının fərqi yoxdur. Bu, hər zaman belə olacaq. Qarşıda Meksika və Kamerunla oyunlarımız var. Hər iki oyun da bizim üçün çətin olacaq".

Qeyd edək ki, "DÇ-2014"ün açılış matçında Braziliya ilə qarşılaşan Xorvatiya rəqibinə 1:3 hesabı ilə uduzub.

Xəbər 907 dəfə oxundu.