Dünya çempionatının açılış mərasimi keçirildi
Bir qədər əvvəl dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Qol.Az-ın xəbərinə görə, mərasim Braziliya vaxtı ilə saat 15.15-də (Bakı vaxtı ilə saat 23.15) başlanıb.

Açılış mərasimi 25 dəqiqə davam edib. Bundan sonra isə San-Paulu şəhərindəki arenanın meydançası çempionatın açılış oyunu – Braziliya – Xorvatiya görüşü üçün hazırlanıb.

Açılış mərasiminə tanınmış müğənni Cennifer Lopez də qatılıb. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb.

Xəbər 786 dəfə oxundu.