“Lokomotiv” də sevindi

Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün “Çelenc Cup”da ilk oyununa çıxıb. idman.com.az saytının məlumatına görə, turnirə ötən il olduğu kimi yenə II təsnifat mərhələsindən başlayan “dəmiryolçular” səfərdə Macarıstanın “Vaşaş” klubu ilə qarşılaşıblar.
Budapeştdə baş tutan ilk oyunda “Lokomotiv”in asan qələbə qazanacağı gözlənilirdi. Elə oyun da bunu göstərib. Təmsilçimiz 3 setdə asan qələbə qazanaraq cütün taleyini demək olar ki, həll edib.

II təsnifat mərhələsi

30 oktyabr
21:00. “Vaşaş” (Macarıstan) – “Lokomotiv” (Azərbaycan) – 0:3 (21:25, 11:25, 9:25)
Hakimlər: Aleksandr Vinaliyev (Bolqarıstan), Sergey Vaytsiakoviç (Belarus)

Xəbər 1095 dəfə oxundu.