Braziliya ilk imza atdı
Braziliya millisi "DÇ-2014"ə bir ilkə imza ataraq başlayıb.

Xorvatiya ilə açılış matçının 11-ci dəqiqəsində yığmanın futbolçusu Marselo öz qapısına qol vurub.

Bununla da Braziliya dünya çempionatı tarixində ilk dəfə öz futbolçusunun vurduğu avtoqolla hesabda geri düşüb.

Qeyd edək ki, Braziliya - Xorvatiya görüşü 3:1 hesabı ilə başa çatıb.

Xəbər 783 dəfə oxundu.