Moçiniç Braziliyadakı dünya çempionatında iştirak edə bilməyəcək.
Rieka komandasının futbolçusu İvan Moçiniç Braziliyadakı dünya çempionatında zədə aldığına görə iştirak edə bilməyəcək.

21 yaşlı yarımmüdafiəçinin pəncəsinin sağalması üçün 2-3 həftə vaxt lazımdır.

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç onun əvəzinə Hamburqdan Milan Badeli çağırıb.

Xəbər 790 dəfə oxundu.