Fletçer təlim-məşq toplantısına hazırdı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Darren Fletçer, ayaq barmağının sınmasına görə əziyyət çəkirdi.

Klubun rəsmi saytının verdiyi açıqlamaya görə, şotlandiyalı futbolçu “Southempton”la sonuncu turun oyununda zədələnmişdi. Zədələnməsinə baxmayaraq, həmin matçı 90 dəqiqə oynaya bilmişdi.

Dünən manutd.com saytında xəbər yayılmışdı ki, Fletçer bu zədəyə görə klubun hazırlıq prosesini buraxa bilərdi. Lakin, indi futbolçu tam sağlamdı və təlim-məşq toplantısında çıxış edə biləcək.

Xatırladaq ki, “Mançester Yunayted”in yeni mövsümə hazırlığı 23 iyuldan başlayacaq. İlk rəqib isə “Los-Anceles Qalaksi” klubu olacaq.

Xəbər 802 dəfə oxundu.