Niko Kovaç: "Ağ bayraq qaldırmaq fikrimiz yoxdur"
Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç dünya çempionatının açılış matçında qarşılaşacaqları Braziliya ilə oyun haqda danışıb.

Təcrübəli mütəxəssis "ELF Voetbal"a açıqlamasında Braziliyanı mundialın əsas favoriti adlandırıb:

"Əlbəttə, Braziliya dünya çempionatının əsas favoritidir. Ancaq bizim də ağ bayraq qaldırmaq fikrimiz yoxdur. Əgər oyunumuz plan üzrə davam edərsə, o zaman qol vurmaq imkanımız olacaq".

Xəbər 784 dəfə oxundu.