"Milan" PSJ-nin daha bir futbolçusunu transfer etdi
İtaliyanın "Milan" klubu növbəti transferini gerçəkləşdirib.

Milan təmsilçisi PSJ-nin futbolçusu Jeremi Menezi transfer edib.

Daha öncə A Seriyada "Roma"nın şərəfini qoruyan fransız futbolçu transferlə bağlı bunları deyib: "Çox xoşbəxtəm. "Milan" böyük klubdur. PSJ olduğu kimi "Milan"la da uğur qazanmaq istəyirəm. Əvvəlki Menezlə indiki arasında fərq var. Artıq bunu meydanda göstərməliyəm".

Qeyd edək ki, "Milan" klubu daha öncə PSJ-dən Aleksi transfer edib.

Xəbər 768 dəfə oxundu.