Almeyda: "Almaniya ilə oyun finala bərabərdir"
Portuqaliya millisinin hücumçusu Huqo Almeyda dünya çempionatının qrup mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları Almaniya ilə matç haqda fikirlərini bölüşüb.

Ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu bu matçın onlar üçün finala bərabər olduğunu bildirib:

"Dünya çempionatı hər birimiz üçün çox önəmli turnirdir. Bu yarışda əlimizdən gələni edəcəyik. Hədəfimiz addım-addım irəliləməkdir. Çox çətin bir qrupdan çıxmaq məcburiyyətindəyik. Almaniya ilə oyun bizim üçün çox vacibdir. Bu görüş finala bərabərdir. Onların çox yaxşı heyəti var və kuboku qazanmağa çalışacaqlar. Biz isə qrupdan çıxmaq üçün savaşacağıq".

Qeyd edək ki, Almaniya - Portuqaliya oyunu iyunun 16-da keçiriləcək.

Xəbər 825 dəfə oxundu.