Skolariyə ağır itki
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolariyə ağır itki üz verib.

Təcrübəli mütəxəssisin qardaşının oğlu Tarcisio Joao Şnayder yol qəzası nəticəsində dünyasını dəyişib. Avtomobili yük maşını ilə toqquşan Şnayder hadisə yerindəcə keçinib.

Qeyd edək ki, bu ilin may ayında Skolarinin qaynatası dünyasını dəyişmişdi.

Xəbər 806 dəfə oxundu.