Serxio Ramos “Real”la yeni müqavilə bağladı
Serxio Ramos "Real"ın yeni müqavilə imzalayıb.

Bu sözləşmə ilə ispan müdafiəçi illik 10 milyon maaş alacaq. Bununla da o, Kriştiano Ronaldo və Qaret Beyldən sonra Madrid klubunda ən çox qazanan üçüncü futbolçu olacaq.

Ramosun imzaladığı yeni müqavilənin müddəti barədə isə məlumat verilməyib. "Real"ın yaxın günlərdə bu haqda rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, S.Ramos 2005-ci ildə "Sevilya"dan Madrid təmsilçisinə transfer olunub.

Xəbər 954 dəfə oxundu.