Ronaldo: "Almaniya ilə matç çox çətin olacaq"
Portuqaliya millisinin futbolçu Kriştiano Ronaldo İrlandiya ilə yoldaşlıq görüşündə meydana çıxıb.

Zədəsini yeni sağaldan hücumçu 65 dəqiqə oynayıb, sonra Nani ilə əvəzlənib.

Matçda sonra jurnalistlərə danışan Ronaldo gündən-günə özünü daha da yaxşı hiss etdiyini deyib.

O, "DÇ-2014" Almaniya ilə ilk matç barədə də fikirlərini bildirib:

"Almaniya ilə görüşə kimi tam hazır olacam. Onlarla Avropa çempionatında da qarşılaşmışdıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Almaniya turnirin favoritlərindən hesab olunur. Bizim üçün çox çətin matç olacaq. Ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq".

Xəbər 774 dəfə oxundu.