İngiltərə millisinin hücumçusu zədələndi
İngiltərə millisinin futbolçusu Denni Uelbek dünya çempionatının başlamasına bir gün qalmış sıradan çıxıb.

23 yaşlı hücumu komanda ilə ümumi məşq zamanı zədələnib. Həkimlərin ilkin yardımına baxmayaraq, o, məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb.

Uelbekin iyunun 15-i İtaliya ilə matça qədər sağalmasının çətin olduğu açıqlanıb.

Xəbər 804 dəfə oxundu.