Atletiko Spartakın futbolçusu ilə razılığa gəldi
Moskva Spartakının futbolçusu Tino Kosta Atletikoya keçməyə yaxındır.

Argentinalı xavbek artıq Madrid təmsilçisi ilə razılığa gəlib. O , Atletiko ilə bir neçə illik sözləşməni razılaşdırıb. Valensiyanın keçmiş futbolçusu yenidən İspaniyaya dönmək istədiyinə görə Rusiya premyer liqasını tərk edir.

Artıq klublar arasındakı danışıqlar da başa çatmaq üzrədir. Yaxın günlərdə tərəflər bir neçə mövsümlük icarə razılaşması barədə məlumat verəcəklər.

Xəbər 784 dəfə oxundu.