"İnter" İkardini transfer etdi
"İnter" klubu təzminat dəyərinin yarısı "Sampdoriya"ya məxsus olan Maura İkardini birdəfəlik alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

M.İkardinin artıq "İnter"in futbolçusu olduğu bildirilib.

Qeyd edək ki, M.İkardi son mövsüm A seriyası təmsilçisində oynadığı 22 matçda 9 qol vurub.

Xəbər 718 dəfə oxundu.