Braziliya - Xorvatiya matçının baş hakimi müəyyənləşdi
"DÇ-2014"ün ilk dörd oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Ev sahibi Braziliya ilə Xorvatiya arasında keçiriləcək açılış matçı 42 yaşlı yapon hakim Yuişi Nişimura tapşırılıb.

A qrupunda Meksika - Kamerun oyunu kolumbiyalı Roldan Vilmara həvalə olunub. B qrupundakı İspaniya - Hollandiya görüşünü italiyalı Ritzolli Nikola, Çili - Avstraliya qarşılaşmasını isə Fil Dişi sahilli Doue Noumandiez idarə edəcək.

Xəbər 801 dəfə oxundu.