Modriç: "Braziliya ilə matçı səbirsizliklə gözləyirəm"
Xorvatiya millisinin futbolçusu Luka Modric komandasının DÇ-2014-dəki şanslarını dəyərləndirib.

“Real”ın ulduz futbolçusu açılış matçında Braziliya ilə qarşılaşacaqları oyunu səbirsizliklə gözlədiyini deyib:

“Özümü çox yaxşı hiss edirəm. Düzgün şəkildə hazırlaşırıq. Çempionlar Liqasını qazandıqdan sonra bir neçə gün dincəldim. Bununla belə, DÇ-na yaxşı kökləndim. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara malik komandamız var. İlk hədəfimiz qrupdan çıxmaqdır".

Qeyd edək ki, Xorvatiya millisi play-off oyununda İslandiyaya qalib gələrək DÇ-2014-ün final mərhələsinə vəsiqə əldə edib.

Xəbər 866 dəfə oxundu.