FİFA prezidentini istefaya çağırdılar
Hollandiya Futbol Federasiyasının prezidenti Van Praaq və onun ingiltərəli həmkarı Qreq Dyke son vaxtlar tənqid olunan FİFA prezidenti Yozef Blatteri istefaya çağırıb.

Van Praaq Baltterin işinin öhdəsindən gələ bilmədiyini deyib, adının rüşvət qalmaqalında hallanmasını xatırladıb: “16 il bir vəzifədə çalışan şəxsdən işlədiyi qurum üçün bir şey edib-etməməsini soruşmaq lazımdır. Son illər FİFA-nın imici sarsılıb. Bunların bütün məsuliyyəti Blatterin üzərinə düşür. Onun şəxsiyyətinə heç bir sözüm yoxdur. Hətta yaxşı insan olduğunu deyə bilərəm. Ancaq FİFA prezidenti kimi işini tənqid etməliyəm”.

İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Dyke də Blatteri sərt tənqid edib: “Onun ingilis mediasını irqçi kimi təqdim etməyi yolverilməzdir. Son vaxtlar Blatterin bizə qarşı reaksiyası xoşagələn deyil. İngiltərədə FİFA-nın imicinə böyük zərbə dəydiyini düşünürlər. Bəlkə də bütün dünyada belə düşünürlər. Blatter istefa verməlidir”.

Qeyd edək ki, FİFA-nın Qətərdən DÇ-2022-yə ev sahibliyi etməsi üçün rüşvət alması iddia edilir.

Xəbər 828 dəfə oxundu.