Fateh Kavlak: Məqsəd ölkə kubokuna sahib çıxmaqdır

“Neftçala” bizim üçün tanımadığımız bir komanda idi. Oyun üslubu bizim üçün tanış deyildi”. idman.com.az saytının məlumatına görə, bu sözü “Qəbələ”nin baş məşqçisi Fateh Kavlak deyib. Türkiyəli mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Neftçala” ilə oyunu (3:0) haqda fikirlərini bildirib. O həm də kubokdakı iddialarını açıqlayıb: “Necə çıxış edəcəkləri bizim üçün məlum deyildi. Əsas məqsədimiz kuboku qazanmaqdır”.

Xəbər 996 dəfə oxundu.