Balotelli Braziliyada evlənmə təklifi etdi
İtaliya millisinin futbolçusu Mario Balotelli etdiyi hərəkətlə yenidən gündəmə gəlib.

Gənc hücumçu "DÇ-2014" üçün getdiyi Braziliyada sevgilisi Fanni Nequeshaya ad günündə evlənmə təklifi edib.

Ulduz oyunçunun evlənmə təklifini isə sevgilisi qəbul edib. Bu barədə Balotellinin özü "İnstaqram" hesabından yazıb:

"Sevgilim mənimlə evlənməyə razı oldu. Bu təklifi ona Braziliyada etməliydim. Səni çox sevirəm. Yaxşı ki, varsan".

Xəbər 771 dəfə oxundu.