“Atasport” klubu AÇ-da III mükafata sahib oldu
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası İtaliyanın Kagliari şəhərində keçirilən klublararası Avropa çempionatında bu gün Pley-Off mərhələsinin oynları keçirilir. Dünən son qrup oyununda İrlandiyanın “Monkstovn” komandasına gərgin matçda 2:3 hesabı ilə uduzan “Atasport” hokkeyçiləri qitəmiqyaslı “Trofi” divizyonunda “dayanacaq” etməli olub. “B” qrupunda yer alan həmyerlilərimiz İrlandiya təmsiçisindən sonra 2-ci yeri tutmaqla bu gün pley-offda yalnız 3-cü yer uğrunda mübaizə aparmaq məcburiyyətində qalıb. Həmin mərhələdə “Atasport”-un rəqibi digər qrupda II nəticə göstərən İtaliyanın daha bir təmsilçisi- “Amsikora” komandası olub. Həmin matçın ilk yarısında(hər iki 17 dəqiqə ərzində) qapılara qol vurulmayıb. Lakin ikinci 35 dəqiqənin əvvəllərində Kasif Ali standart cərimə zərbəsi ilə hesabı açıb. Bundan sonra Kasif daha daha 2 dəfə qol sevinci yaşayıb. Bir dəfə isə Şahbaz Ali fərqlənərək “Atasport” klubunun 4:0 hesablı qələbəsini rəsmləşdirib. Beləliklə, ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası Klublararası Avropa Çempionatının "Trofi" divizyonunda ilk çıxışını yüksək nəticə ilə -8 iştirakçı arasında III yeri tutmaqla qeyd etdi.

Bu yarışla paralel olaraq Çexiyanın Rakovnik şəhərində keçirilən Avropa Klub Çempionatının “Çelenc I” divizyonunda çıxış edən Azərbaycan çempionu -“Akkord” komandası da qrup mərhələsində II yeri tutub və Pley-Offa vəsiqə qazanıb. Reqlamentə görə “Trofi” divizyonundan fərqli olaraq “Çelenc I” turnirində iştirakçılar Pley-Off mərhələsində çarpaz üsulla görüşüblər. “Akkord” finala və növbəti mövsümdən “Trofi” divizyonuna vəsiqə qazanmaq üçün bu gün Bakı vaxtı ilə saat 17.00-da “A” qrupunun qalibi- İrlandiyanın digər təmsilçisi- “Banbridge” klubu ilə qarşılaşıb.Təəssüf ki, həmin oyunda çempionumuz 3:6 hesabı ilə uduzub. Beləliklə, "Akkord" klubu son illərdəki ənənəsini pozaraq "Çelenc I" divizyonunda ən azı daha 1 mövsüm çıxış etməli olacaq.

Xəbər 2157 dəfə oxundu.