Alveş: "Mundialın açılış oyunu finala bərabərdir"
Braziliya millisinin müdafiəçisi Daniel Alveş dünya çempionatının açılış matçında qarşılaşacaqları Xorvatiya ilə oyun haqda danışıb.

Təcrübəli futbolçu "Reuters"yə açıqlamasında bu matçın finala bərabər olduğunu bildirib:

"Mundial artıq yaxınlaşır. Xorvatiya ilə görüş nəinki 3 xal uğrunda oyun, eyni zamanda növbəti rəqiblərimizə bir mesaj olacaq. Düşünürəm ki, bu oyun bizim üçün finala bərabərdir. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Turnirin favorit komandası olduğumuzu sübut etməliyik".

Qeyd edək ki, Braziliya - Xorvatiya oyunu iyunun 13-də (Braziliya tarixi ilə 12 iyun) keçiriləcək.

Xəbər 896 dəfə oxundu.