"Ronaldo Almaniya ilə matça hazırdır"
Portuqaliya millisinin futbolçusu Vieyrinyo komanda yoldaşı Kriştiano Ronaldonun zədəsinin sağalmağa doğru getdiyini deyib.

Kapitanlarının iyunun 16-da DÇ-2014-də Almaniyaya qarşı keçiriləcək matça hazır olacağını bildirib: "Ronaldo artıq komanda ilə ümumi məşqlərə başlayıb. O, Almaniya ilə matça tam hazır olacaq".

Qeyd edək ki, Ronaldonun bu gecə İrlandiya ilə yoldaşlıq görüşündə az müddətə də olsa, meydanda olacağı gözlənilir.

Xəbər 851 dəfə oxundu.