Yığmamız Sarayevoda təlim-məşq toplanışına başlayacaq
Futbol üzrə on yeddi yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iyunun 10-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində təlim-məşq toplanışı başlanacaqdır.

Toplanışdan sonra millimiz iyunun 17-də başlanacaq UEFA-nın inkişaf mini turnirində iştirak edəcəkdir.

Turnir çərçivəsində millimiz Bosniya və Herseqovina, Makedoniya və Monteneqro yığmaları ilə qarşılaşacaqdır.

Xəbər 765 dəfə oxundu.