"Almaniya millisi mütləq finala çıxacaq" | |
Braziliya millisinin sabiq üzvü Kafu Almaniya yığma komandasının Dünya çempionatının finalına yüksələcəyinə inanır. 2002-ci ildə DÇ-nın kubokunu başı üzərinə qaldıran veteran futbolçu braziliya mətbuatına açıqlamasında finala yüksələn iki komandadan birinin Amaniya millisi olacağını deyib: “Almaniya olduqca güclü komandadır. Braziliyada böyük hörmət və sevgi ilə qarşılanır. Braziliyada hər kəs finalda Almaniya ilə qarşılaşacağımızı düşünür. Almaniya mütləq finala çıxacaq”. Qeyd edək ki, Braziliya millisi 2002-ci ildə Kafunun kapitanlığı ilə finalda Almaniyanı 2:0 hesabı ilə məğlub edərək çempion olub. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|