AQF-in baş katibi: Peşəkar idmançılarımızın sayının artacağına inanıram
«Hər mövsüm 5-6 yarış keçirməyi planlaşdırırıq. Bunların arasında həm həvəskar, həm də peşəkar səviyyəliləri var». Bunu idman.com.az saytına açıqlamasında, bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə Qubada keçirilən turnirində AQF-in baş katibi Nigar Süleymanova dedi. O bildirdi ki, sözü gedən yarış ənənəvi xarakter olacaq və gələn ildən peşəkarlar arasında təşkil ediləcək. Gələn ayın sonunda isə, Qubada Avropa Çağırış kuboku keçiriləcək və məqsəd həmin turnirdə qənaətbəxş təmsil olunmaqdır:

«Bu yarışda 152 peşəkar qolfçu mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 300 min avrodur. Bu, yalnız 80 nəfər arasında bölünəcək. İlk yerin sahibi 30 min qazanacaq. 5 günlük yarış təsnifat xarakterli olacaq. Fərqlənənlər, növbəti, daha səviyyəli yarışa adlayacaqlar. Bizim ümidlilərimizdən birincisi Kamran Zeynalovdur. O, 2 «handicap» göstəricisi olan qolfçudur. Bu, bizə görə böyük nailiyyətdir.

Artıq mili komandamızın şotlandiyalı baş məşqçisi Spensor Henderson bura təşrif buyurub. O, çox yaxşı mütəxəssisdir. Onun təcrübəsi sayəsində peşəkar idmançılarımızın sayının artacağına inanıram. Başlıca hədəfimiz Rio olimpiadasıdır. İstəyirik ki, oyunlarda öz idmançılarımız iştirak etsin».

Kamran HACI

Xəbər 4673 dəfə oxundu.