3 boksçumuz mübarizəni davam etdirir
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qadınlar arasında boks üzrə Avropa çempionatında daha 2 idmançımız mübarizəni dayandırıb. 57 kq çəki dərəcəsində çıxış edən Məhsəti Həmzəyeva bolqarıstanlı Svetlana Stanevaya uduzub. 81 kq çəki dərəcəsində gücünü sınayan Aynur Rzayeva isə Macarıstan təmsilçisi Petra Szatmari ilə görüşdən məğlub ayrılıb – 0:3.

Boksçularımızdan 3-ü Avropa çempionatında mübarizəni davam etdirir. Anaxanım Ağayeva bu gün 14 final mərhələsində fransalı Vassila Lxadiri ilə qarşılaşacaq. Yelena Vıstropova (69 kq) və Leyla Cavadova isə (75 kq) iyunun 6-da keçiriləcək yarımfinalda rinqə çıxacaqlar. Vıstropova rumıniyalı Mikaela Kristiana, Cavadova isə almaniyalı Sarah Şeuriçlə üz-üzə gələcək. Qitə çempionatına iyunun 7-də yekun vurulacaq.

Xəbər 1083 dəfə oxundu.