Hollandiyalı futbolçu ilə “Mançester Yunayted” arasında danışıqlar getmir
“Roma”lı yarımmüdafiəçi Kevin Strotmanın agenti Kil Dekker bildirib ki, hollandiyalı futbolçu ilə “Mançester Yunayted” arasında danışıqlar getmir.

“Kevin meydanlara payızdan tez qayitmayacaq. Van Qal onu öz komandasında görmək istəyirmi? Ola bilər, amma indi Strotman “Roma”nın oyunçusudu və çox gözəl mövsüm keçirib”.

“Hələlik, nə “Roma” və “Mançester Yunayted” arasında, nə də Strotman və van Qal arasında danışıqlar olmayıb. Bütün bunlar hamısı şayiədi. “Roma” onu satmaq istəmir. Bəli, heç futbolçunun özünə də bu gözəl klubu tərk etmək çətin olar, hansı ki, bu ağır zədə anında onun yanında olaraq, dəstək vermişdilər”.

“Kevinin bura çox xoşuna gəlir. O, Romada qalmaq istəyir və növbəti mövsümdən klubuna, Çempionlar Liqasında kömək etmək niyyətindədir”.

Xəbər 753 dəfə oxundu.