Oğuz Çətin: "İnamı doğrultmağa çalışacağam"
Türkiyəli mütəxəssis Oğuz Çətin “Xəzər Lənkəran”a baş məşqçi təyin edilməsi ilə bağlı fikirlərini açıqlayıb:
“Hələ çempionatın “Qarabağ”a qarşı son oyunundan sonra Mais Mənsimov və Mustafa Dənizlinin iştirakı ilə iclas keçirildi və mənim üzərimə baş məşqçi vəzifəsinin icrası səlahiyyətləri qoyuldu. Qeyd edildi ki, mən bu vəzifədə qala bilərəm. Bu gün bu təyinat baş tutdu. Mən Mənsimov və Dənizli tərəfindən göstərilmiş etimada görə minnətdaram. Bunu doğrultmağa çalışacağam”.

Xəbər 775 dəfə oxundu.