Samir Nəsri "Mançester Siti" ilə müqavilə yenilədi
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Samir Nəsri komandası ilə müqavilə yeniləyib.

Fransız futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Braziliyada təşkil olunacaq dünya çempionatından kənarda qalan Nəsri 2019-cu ilə qədər "Mançester Siti"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2011-ci ildə "Arsenal"dan "Mançster Siti"yə transfer olunub.

Xəbər 849 dəfə oxundu.