"Milan"ın hücumçusu "Monako"nun hədəfində
"Monako" klubu komandadan ayrılacağı gözlənilən Radamel Falkaoya əvəzləyici tapıb.

Fransa klubu "Milan"ın hücumçusu Mario Balotelliyə "elçi" düşüb.

Baş məşqçi Klarens Zeedorfla münasibətləri korlanan qana əsilli italyan futbolçunun da "Milan"ı tərk etmək istədiyi bildirilir. 23 yaşlı futbolçu ilə danışıqlar müsbət nəticələnərsə, Balotelli yeni mövsümdən "Monako"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, Balotelli ötən il "Mançester Siti"dən "Milan"a transfer olunub.

Xəbər 793 dəfə oxundu.