Millimiz FİFA reytinqində irəlilədi | |
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. İdman.com.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi iki pillə irəliləyib. Berti Foqtsun komandası 396 xalla 83-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. Çezare Prandellini komandası 9-cu pillədəki mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya iki pillə irəliyərək 18-ci olub. Norveç (0) 55-ci, Bolqarıstan (-5) 78-ci və Malta isə (-4) 132-ci pillədə qərarlaşıb. Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1485 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1300) ikinci, Braziliya (1242) isə üçüncü olub. |
|
Xəbər 754 dəfə oxundu. |
|
|