Robin van Persinin zədəsi ciddidir?
Dünən Uelslə yoldaşlıq matçında zədələnən və oyunu yarımçıq tərk etmək məcburiyyətində qalan Hollandiya millisinin futbolçusu Robin van Persinin son durumu bəlli olub.

Ölkəsinin mətbuatına danışan hücumçu zədələsinin yüngül olduğunu deyib:

"Heç kəs narahat olmasın. Bir az ağrılarım var. Buna zədə də demək olmaz. Sadəcə risk etməmək üçün dünən oyundan çıxdım. Çünki qarşıda dünya çempionatı var".

Qeyd edək ki, sözügedən oyunda Hollandiya Uelsə 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 904 dəfə oxundu.