Rahim Sterlinq və Antonio Valensiya qırmızı vərəqə ilə cəzalandırılıblar
“Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinq və “Mançester Yunayted”in yarımmüdafiəçisi Antonio Valensiya, İngiltərə və Ekvador (2-2) oyununda qırmızı vərəqə ilə cəzalandırılıblar.

Oyunun 78-ci dəqiqəsində futbolçular arasında baş vermiş qalmaqala, ingilislərin baş məşqçisi Roy Hocson öz fikrini bildirib:

“Mən məyusam. Hesab edirəm ki, bu Rahim tərəfdən sərt sürüşmə fənni idi, amma orada qayda pozuntusu yox idi. O, topa oynamışdı”.

“Mən Valensiyanın reaksiyasına görə məyusam. Sterlinqin boğazından tutmaq lazım deyildi. Əgər, o belə etməsəydi, heç bir problem olmuyacaqdı, amma belə də hakim həm onu, həm də Rahimi meydandan qovdu”.

Hər iki futbolçu, yığmalarının növbəti yoldaşlıq matçında, meydana çıxa bilməyəcələr. Qırmızı vərəqələrin cəzaları, dünya çempionatında nəzərə alınmır.

Xəbər 1089 dəfə oxundu.