"Fabreqas mənə "Çelsi"yə transfer olunduğunu dedi"
"Barselona"nın futbolçusu Jerar Pike klubdakı və millidəki komanda yoldaşı Sesk Fabreqasın "Çelsi"yə transfer olduğunu deyib.

Mətbuat konfransında mikrafonların açıq olduğunu bilməyən müdafiəçi yığmadakı baş məşqçisi Visente del Boskeyə belə söyləyib:

"Fabreqas mənə "Çelsi"yə transfer olunduğunu dedi. 33 milyon avroya onu alıblar".

Pikenin dediyi bu sözlər isə mikrafon açıq olduğu üçün hər kəs tərəfindən eşidilib. O, S.Fabreqasa "Barsa"da lazım olan dəyər verilmədiyi üçün klubunu tənqid edib:

"Seskin oyununu çox bəyənirəm. Ancaq o, klubda lazım olan hörməti görmür. Başqa bir klubun bir nömrəli futbolçusu ola bilər. Onun komandada qalmasını çox istəyirəm. Statistikalara baxdığınız zaman Fabreqasın yarımmüdafiədən ən çox qol vuran və qol ötürməsi verən oyunçu olduğunu görə bilərsiniz".

Xəbər 826 dəfə oxundu.