"Ronaldo tam sağalmadan mundialda oynamamalıdır"
Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldonun zədəsinin ciddi olması Madrid klubunun prezidenti Florentino Perezi də narahat edib.

"El Larguero"ya danışan klub prezindeti hücumçunun tam sağalmadan "DÇ-2014"də oynamasına qarşı olduğunu deyib:

"Kaka və Sami Xedira sağalmadan meydana çıxdıqları üçün zədələri daha da ciddiləşmişdi. Ronaldonun da onlar kimi olmasından qorxuram. Buna görə o, tam sağalmadan "DÇ-2014"də oynamamalıdır".

Xəbər 1046 dəfə oxundu.