“Liverpul”dan türk futbolçuya rəsmi təklif
İngiltərənin “Liverpul” klubu “Bayer”in futbolçusu Əmrə Can üçün rəsmi təklif göndərib.

Bu barədə “Bild” qəzetinə açıqlamasında “Bayer”in prezidenti Mişel Şad məlumat verib.

Türk əsilli futbolçunun təzminat qiyməti 12 milyon avrodur.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ilə “Arsenal” da yaxından maraqlanır.

Xəbər 760 dəfə oxundu.