«Paris United» – «Baku Fires»: heyətlər məlumdur
Dekabrın 2-də Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turun matçında Fransanın «Paris United» və Azərbaycanın «Baku Fires» komandaları qarşılaşacaqlar. Gorüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
«Istanbul Bosphorus»la noyabrın 18-də keçirilən matçla müqaisə etsək, «Baku Fires»ın heyətində iki dəyişiklik baş verib. Semyon Qrivaçyovun yerini Mədadi Naqzibəyov tutacaq, Məhəmməd Nurudzinovu isə Heybulla Mürsəlov əvəzləyəcək. Naqzibəyovla Mürsəlov 1-ci turda qələbə qazanıblar. Digər üç boksçumuzun aktivində iki qələbə var. Qairbəy Qermaxanov və Əzəmət Murtuzəliyev İstanbulda rəqiblərini məğlub ediblər, Hacı Murtuzəliyev isə uduzub.
«Paris United» komandasının heyətində bu ilin Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Rıskan, WSB-nın ötənilki mövsümündə altı döyüşdə beş qələbə qazanan Mişel Tavares və 2010-cu ildə gənclər arasında dünya çempionu titulunu qazanan Filip Xrqoviçi qeyd etmək olar.
İki turdan sonra Baku Fires 6 xal toplayıb və «B» qrupunda 2-ci yerdə qərarlaşır. Paris United 3 xalla 4-cü pillədədir.
Komandaların heyətləri aşağıdakı kimidir:

Paris United - Baku Fires

54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbəy Qermaxanov (Azərbaycan)
61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan)
73 kq. Mişel Tavares (Fransa) – Heybulla Mürsəlov (Azərbaycan)
85 kq. Jorj Mayer (Fransa) – Əzəmət Murtuzəliyev (Azərbaycan)
+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan)

Xəbər 1132 dəfə oxundu.