Lempard: "İngiltərə dünya kubokunu qazansa..."
İngiltərə millisinin oyunçusu Frank Lempard gələcək futbolçu karyerası ilə bağlı önəmli açıqlama verib.

35 yaşlı yarımmüdafiəçi deyib ki, İngiltərə yığması "DÇ-2014"də birinci olacağı təqdirdə, millidəki karyerasını başa vuracaq.

"Çelsi"dən ayrılan F.Lempard bir çox klubdan transfer təklifləri aldığını da bildirib:

"Nyu-York Siti" mənə təklif göndərib. Ancaq bütün təklifləri dəyərləndirdikdən sonra qərarımı verəcəm. Özümü formada hiss edirəm. Ən azı daha bir neçə il futbol oynamaq istəyirəm".

Xəbər 829 dəfə oxundu.